Britaniya ilə Norveç Ukraynaya 9,2 milyon dollar qiymətində mikrodronlar bağışlayacaqlar

2022-08-24 12:05:00

Britaniya ilə Norveç Ukraynaya 9,2 milyon dollar qiymətində mikrodronlar bağışlayacaqlar

Hurriyyet.az xəbər verir ki, Britaniya ilə Norveç Ukraynaya 9 milyon dollardan artıq məbləğə başa gələn dronlar verəcəklər.

Norveç ilə Böyük Britaniya Ukraynaya 9,2 milyon dollar dəyərində “Black Hornet” mikrodronlarını qarşılıqsız şəkildə verəcəklər.

Bu barədə açıqlamanı Norveçin Müdafiə Nazirliyi verib. Nazirliyin açıqlamasında deyilir: “Tədarük paketinə “Black Hornet”, onun ehtiyat hissələri, nəqli və təlimlər daxildir”.

Qeyd edilir ki, bütün məbləğ Britaniya fondu tərəfindən ödəniləcək. Norveç həmin fonda 400 milyon krona qədər vəsait köçürüb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.083887