Britaniya azərbaycanlıları Krallığın Daxili İşlər Nazirliyinə və parlamentinə müraciət ediblər

2022-08-06 21:30:00

Britaniya azərbaycanlıları Krallığın Daxili İşlər Nazirliyinə və parlamentinə müraciət ediblər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, radikal qruplaşmanın Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar Britaniya azərbaycanlılarının koordinasiya şurası Britaniya parlamentinə və ölkənin Xarici İşlər naziri Priti Patelə müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycan tolerant ölkə olaraq radikalizmin bütün növlərinə qarşı çıxış edir. Azərbaycan icması Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə eilən hücumu qətiyyətlə pisləyib.

Koordinasiya şurasının üzvləri bəyan ediblər ki, bu vandalizm aktı beynəlxalq hüquq normalarının, Vena Konvensiyasının kobud şəkildə pozulması, Azərbaycanın dövlət atributlarına və səfirlik ərazisinə təcavüzdür.

Müraciət müəllifləri qeyd ediblər ki, bu təxribat diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatındakı boşluğu aşkara çıxarıb, ev sahibi olan ölkə beynəlxalq hüquqi öhdəliklərə müvafiq olaraq təhlükəsizlik tədbirləri görməlidir.

Bəyanatda deyilir: “Hücum Cənub-Şərqi Avropaya  tədarüklərin təmin edilməsi ilə bağlı Azərbaycan ilə Avropa İttifaqının neft-qaz sektorunda əlaqələrinin gələcək inkişaf cağına, Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının həlledici mərhələsinə nail olunduğu dövrə təsadüf edir və  çox güman ki, bu imkanları puç eləmək, Birləşmiş Krallıqla Azərbaycan arasında günbəgün inkişaf edən münasibətləri korlamaq, Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim eləmək məqsədi güdür.

Koordinasiya Şurası siyasi-diplomatik sabitliyin bərqərar olması üçün radikal qrupun üzvlərinin Böyük Britaniyadan qovulmasını Azərbaycan diasporunun adından tələb edib.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054091