Brilliant Dadaşovadan ETİRAF: "Pul da göndərdim, ancaq vermədilər" - VİDEO

2022-07-20 19:27:00

Brilliant Dadaşovadan ETİRAF:

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Sənətçi instaqram hesabında cazmen Stanislav Pinxasovla görüntülərini yayımlayıb.Dadaşovanın musiqiçi ilə olan videosu onun Moskvadakı konsert zamanı lentə alınıb. Sənətçi musiqili proqramın görüntülərini ala bilmədiyini, bu videonun isə telefonla çəkildiyini qeyd edib:

"Moskvada yaşayan və musiqimizə rəğbət bəsləyən cazmen Stanislav Pinxasovla Moskva konsertimdə ekspromt... O, heyranım olduğunu deyib, məni müşaiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim.

Heyf ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər və əlimizdə sadəcə telefona çəkilən görüntü var. Halbuki yaradıcı heyətdən ibarət çəkiliş qrupu çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım, amma xəbər çıxmadı ki çıxmadı…"

 

 

Sfera.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061703