Brilliant Dadaşova konsertinin yüksək səviyyədə təşkili üçün avtomobilini satdı

2022-06-03 11:05:00

Brilliant Dadaşova konsertinin yüksək səviyyədə təşkili üçün avtomobilini satdı

Hurriyyet.az xəbər verir ki, Xalq artisti Brillant Dadaşova səhnəyə çıxmamışdan əvvəl media nümayəndələri ilə görüşüb. Media nümayəndələrinin suallarını cavablandıran Brilliant xanım konsertinin yüksək səviyyədə təşkili üçün avtomobilini satdığını deyib:
“Təşkilatçı dedi ki, mən yalnız sizin konsertinizi təşkil edirəm: bir mikrofon və iki bek vokal mikrofonu. 5-10 nəfərlik ansamblım olacaqdı. Özüm isə daha böyük heyətlə çıxıram. Səs texnikası, mikrofonlar lazımdır. Təbii ki, bunlar da xərcdir. Düzdür, biletlər satılıb, salon dolub. Amma bunun bizim “Səs Azərbaycan”la bir yerdə çıxmağımıza aidiyyatı yoxdur. Üzərimə götürmüşəm, təşkilatçı buna qatılmır. Ona görə maşınımı satdım. Əlbəttə, üzüldüm”.

Fuad

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya