Braziliyalı səyyah: “Azərbaycan işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa edir”

2022-09-08 23:43:00

Braziliyalı səyyah: “Azərbaycan işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa edir”

“Azərbaycan işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa edir”.

Bunu “Report”a hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan braziliyalı səyyah Fernando Pena deyib.

“Qarışıq, bir qədər də qeyri-müəyyən hisslər keçirirəm. Bir tərəfdən çoxlu dağıntılar, itirilmiş həyatlar görürəm, digər tərəfdən də görürəm ki, burada həyat canlanır. Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpası istiqamətində böyük addımlar atır kı, bu da gələcəkdə bu yerləri ziyarət etməyə imkan verəcək”, - F.Pena bildirib.

O, mina probleminə də toxunaraq qeyd edib ki, bununla bağlı xüsusilə ölkədən kənarda çox danışmaq lazımdır: “Siz artıq bu problemdən xəbərdarsınız, amma ölkədən kənarda yaşayanlar mina problemindən daha çox məlumatlı olmalıdırlar. Mənim edə biləcəyim ən yaxşı şey ölkəmə qayıdandan sonra bu barədə danışmaq olardı”.

“Qarabağın böyük turizm potensialı var. Burada velosiped sürmək üçün yaxşı yerlər və marşrutlar var”, - F.Pena vurğulayıb.

Xatırladaq ki, bu gün 20-dən çox ölkədən olan 40-a yaxın əcnəbi səyyahın Qarabağa və Şərqi Zəngəzura üçgünlük səfəri başlayıb. Onlar ilk gün Şuşa və Ağdama səfər edəcək, ikinci gün Füzuli və Xocavəndlə tanış olacaqlar, üçüncü gün isə Zəngilan (Ağalı kəndi) və Cəbrayılı (Xudafərin körpüsü) ziyarət edəcəklər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064889