Braziliyada qasırğada ölənlərin sayı 40-a çatdı

Braziliyanın cənub bölgəsində təsirli olan tropik siklonda həyatını itirənlərin sayı 40-a yüksəlib. Axtarış-xilasetmə işləri davam edir.
Hurriyyet.Az xəbər verir ki, Braziliyanın cənub bölgəsində həftə sonundan etibarən təsirli olan tropik siklonda həyatını itirənlərin sayı 40-a yüksəlib.
Bölgə qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında həftə sonundan bu yana tropik qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 40 nəfərin həyatını itirdiyini, Rio Grande do Sul bölgəsində axtarış-xilasetmə işlərinin isə 900-dən çox adamla davam etdiyini bildirib. Leite axtarış-xilasetmə işlərinin Pardo çayı vadisində cəmləndiyini, 9 nəfərin itkin düşdüyünü və ölənlərin sayının arta biləcəyini qeyd edib.
Dövlət rəsmiləri verdiyi açıqlamada, Rio Grande do Sul bölgəsində 67 şəhərin şiddətli fırtına və daşqınlardan zərər çəkdiyini, 1650 nəfərin evsiz qaldığını, 3000-dən çox insanın isə müvəqqəti olaraq təhlükəsiz ərazilərə göndərildiyini bildirib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və “İnsanlara kömək etmək üçün əlimizdən gələni edəcəyik” deyə qeyd edib
Qeyd edək ki, Braziliyada yeni ildən bəri yağan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində çoxlu insan həyatını itirib, minlərlə insan evsiz qalıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya