Braziliyada İsa Məsihin heykəlini güclü ildırım VURDU - FOTOLAR

2023-02-11 19:23:00

Braziliyada İsa Məsihin heykəlini güclü ildırım VURDU - FOTOLAR

Braziliyada İsa Məsihin heykəlini ildırım vurub.

Hurriyyet.Az xəbər verir ki, hadisə Rio-de-Janeyroda baş verib. Bu qorxulu hadisə insanlarda təşvişə səbəb olub.

Şiddətli tufan zamanı Korkovado dağında yerləşən İsanın ən hündür heykəlinin başına ildırım düşüb. Bu qorxulu hadisə insanlarda təşvişə səbəb olub.

Onlar bunu pis əlamət hesab edirlər və qorxunc səhnənin dünyanın sonuna işarə olduğunu vurğulayıblar.

Qeyd edək ki, İsanın əllərini Rio-de-Janeyro üzərində uzadılmış heykəli dünyanın yeddi möcüzəsindən biri hesab olunur. 1931-ci ildə tikilib.

Hündürlüyü 40 metr, çəkisi 700 tondur.

Heykəlin Braziliyanı dəhşətli kataklizmlərdən qoruduğu deyilir.

Ölkənin dağlıq ərazidə, qədim tektonik lövhədə yerləşməsinə baxmayaraq, burada zəlzələlər nadir hallarda baş verir və dağıdıcı təsir göstərmir. Burada vulkanlar da yoxdur.

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.264756