“Böyük Turan” artıq Rusiyanın daxilindədir?

2022-12-20 20:37:00

“Böyük Turan” artıq Rusiyanın daxilindədir?

Rusiyanın zəifləməsi və Türkiyənin qlobal arenada rolunun artması fonunda rus ictimai və media sferası təşvişlə həyəcan siqnalı çalır və heç cür özünə gələ bilmir. Rus fəalları prosesi Türkiyənin Rusiyayla fəal əməkdaşlığı müqabilində praktiki olaraq mümkün olan hər şeyi Moskvadan əldə etdiyini, eyni dərəcədə də Moskvanı fəal və qaçılmaz şəkildə sıxışdırması kimi şərh edir.

Məlumdur ki, Ankara heç bir çətinlik çəkmədən Rusiyadan qopara bildiyi bütün endirimləri-“taxıl müqaviləsi” çərçivəsində Ukrayna taxılına 25%, qaza isə 25% endirim əldə edib. Türkiyənin bu durumdan qazanclı çıxmasından özünə gələ bilməyən rus fəallarının dediyinə görə, Ərdoğan qazın verilməyə başladığı bütün ötən illərdən sonra “qurbanlar verməyə” hazırdır. Əlbəttə. qurban Rusiya tərəfdən olacaq-ya çatdırılan yanacağın pulunu ümumiyyətlə ödəməmək, ya ödənişi bəlkə gələn ilə təxirə salmaq - Rusiya üçün necə münasibdirsə.
Rus ictimaiyyətinin təşvişinə səbəb, öz təbirlərincə desək, odur ki, Rusiyanın "strateji tərəfdaşı"-Türkiyə Turan ideyalarını Rusiya daxilində təbliğ etməyi də unutmur. Onları qıcıqlandıran xüsus budur ki, Türkiyəyə səfəri zamanı Tatarıstan rəhbəri R.Minixanov Tatarıstanla Türkiyə arasında ticarətin genişlənməsinə ümid etdiyini bildirib. Ruslar buna Rusiya ilə Türkiyə arasında əlaqələrin genişlənməsi kimi baxmırlar, əksinə "Minixanovun yatıb, yuxuda müqaviləni iki müstəqil dövlətin- paytaxtları Ankara və Kazanda olan dövlətlərin bağladığını gördüyü reallıq kimi baxırlar. "Bu ilin sentyabrında keçirilən “köçəri oyunları” yada düşür: Türkiyə mətbuatı oyunlarda Tatarıstandan (Rusiyadan yox!) idmançıların iştirak etdiyini yazıb. Beləliklə, Ankara Rusiyanın parçalanmasına və türk bölgələrinin Böyük Turan layihəsinə daxil edilməsinə ümid edərək milli elita daxilində məharətlə (və hiss olunmaz şəkildə) separatçı əhval-ruhiyyəni qızışdırır", deyə məqalədə yazılır.
Bundan başqa, ruslar təkcə elita ilə iş aparılmadığını bildirirlər. Son məlumatlara görə. Başqırdıstanda FSB əməkdaşları ekstremist təşkilat kimi qadağan olunmuş BOO “Başkort” təşkilatının başqırd "millətçi"lərinin liderlərindən biri olan F.Alsınovu saxlayıblar. Maraqlıdır ki, rus şovinizminin çığırtqanlığına hər vəchlə haqq qazandıran "ziyalılar" Alsınov "pantürkizm"in zərbə qüvvəsi olan Türkiyənin sağçı ekstremist "Bozkurt" (Boz Qurdlar) təşkilatı ilə sıx əlaqədə olmaqda suçlayırlar. Hətta “Boz Qurdlar”ın prezident Rəcəb Tayyib Ərdoğanın İslamçı Ədalət və İnkişaf Partiyası ilə birlikdə Türkiyənin hakim koalisiyasına daxil olan Milliyyətçi Hərəkat Partiyası ilə əlaqə saxladığını da panika içində anladırlar. Üstəlik, Laçın dəhlizinin qarşısını kəsən və rus sülhməramlılarının çıxarılmasını tələb edən azərbaycanlı fəallar arasında “Boz qurdlar” işarəsini də təlaşla qarşılayırlar və Türkiyə xüsusi xidmət orqanlarının həm cənub sərhədlərinin perimetri boyu, həm də ölkə daxilində Rusiyanı bacarıqla əhatəyə aldığını iddia edirlər.
Yazı belə davam edir-Türkiyənin “Uzun Baxış: 2050-ci ilə qədər Qlobal İqtisadi Sistem necə dəyişəcək” adlı iddialı bir planı var: 2030-cu ilə qədər Türkiyə iqtisadiyyatının dünyanın on ikinci iqtisadiyyatı olacağı, 2050-ci ildə isə dünyanın 10 ən böyük iqtisadiyyatı arasında üstünlük təşkil edəcəyi gözlənilir. Proqramın məqsədi-İtaliyanı sıxışdırıb "Möhtəşəm Yeddiliyə" daxil olmaqdır. Problem ondadır ki, Ərdoğan inflyasiya və bununla bağlı problemlərə məhəl qoymadan, əsas stavkanı aşağı salmadan Türkiyənin iqtisadi artımını xilas etməyə çalışır. Ekspertlər bu siyasəti “İqtisadiyyata qarşı Ərdoğan” adlandırırlar: reallıqda ölkə iqtisadiyyatı sadəcə olaraq tək stimullaşdırılmış istehlakla sonsuz inkişaf etməsi mümkün olmadığı üçün böyük sabun köpüyünə çevrilir. Ya möcüzə baş verəcək, ya da baloncuk partlayacaq".
Yazının sonunda-bu ssenaridə Türkiyə Qərblə rəqabət apara bilən öz texnologiyalarına malik olmadan və əhəmiyyətli resurslara malik olmadan necə dünyanın aparıcı iqtisadiyyatlarından biri olmağa çalışa bilər?-sualına cavabın iqtisadiyyatda deyil, geosiyasətdə olduğu açıqlanır və "Ərdoğan postsovet məkanının türk dövlətlərinin, gələcəkdə isə Rusiyanın türk bölgələrinin resurslarına ümid edir. Və onun siyasəti obyektiv olaraq Rusiyaya qarşı yönəldiyinə görə, yaxın gələcəkdə Qərb də ona öz texnologiyalarına çıxışı təmin edə bilər"-deyə cavab verilir. Əlbəttə, NATO-nun cənub cinahını təmin edən ölkədən necə imtina etmək olar? Prezident Ərdoğanın Rusiyaya münasibətdə niyyətlərini mümkün qədər uzun müddətə gizlətməyə çalışdığı deyilir. 

P.S. Rusların Turan ideyasından bu qədər vahimələnməsi fonunda onların amerikalılardan daha münasib müttəfiq olduğunu iddia etmək, Ukraynanı da ABŞ-ın bir uzantısı kimi kimi görmək, ukraynalıları ruslarla tərəzinin eyni gözünə qoymaq nə qədər məntiqlidir...

 

Ülviyyə, Hurriyyet.az


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163958