Saat:21:15
Haqqımızda

BÖYÜK  GÜCLƏR  NARAHATDIR... - Qəvami Sadıqbəyli yazır

2025-03-24 17:56:28

BÖYÜK  GÜCLƏR  NARAHATDIR... - Qəvami Sadıqbəyli yazır

Hazırda qardaş Türkiyə  təlatümlü və  gərginlik dolu günlər yaşayır. Bütün  dünya  Türkiyədə  baş verən hadisələri  diqqətlə izləyir.

Ölkənin  "Ana Müxalifət"i sayılan CHP-nın üzvü, İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ətrafında baş verən hadisələr az qala dünya gündəminə çevrilib.
Türkiyəninin Cənubi Qafqazda ( Qarabağda), Türk Dövlətləri Birliyi istiqamətində (TDT), 
Suriyada və  Ukrayna  müharibəsi  fonunda  NATO və  Avropada  güclənən  mövqeyinə  qısqanan XARİCİ  GÜCLƏR bu  hadisəni şişirdərək rəsmi Ankaranı sındırmağa çalışırlar.
Türk-İslam dünyasının  düşmənləri  birləşərək; bir ağızdan  Türkiyəyə, ilk növbədə də isə  iqtirdarda olan AKP-yə və prezident Rəcəb Tayyub Ərdoğana qarşı şər və böhtan kampaniyasını davam etdirirlər. 
Əsas ittiham isə odur ki, guya Rəcəb Tayyub Ərdoğan diktatordur və guya növbəti seçkilərdə əsas rəqibi olması gözlənilən İmamoğlunu  zərərsizləşdirmək  istəyir. 

Əslində isə reallıq başqa cürdür. Reallıq  belədir ki:
1. Türkiyədə prezident 
seçkilərinə hələ iki il yarım vaxt var. İndidən belə bir addımın atılması müammalıdır. 
2. Türkiyə demokratik ölkədir. Bu ölkədə prezidentin hüquq-mühafizə orqanlarına göstəriş vermək, onların işinə birbaşa müdaxilə etmək hüququ yoxdur.
3. Türkiyə prokurorluğunun  İmamoğluna qarşı cinayət işi açmasının əsl səbəbi CHP-nın diğər üzvü Mənsur Yavaş tərəfdarlarının mətbuata sızdırdıqları faktlarıdır. 
Məlumatlara görə, bu faktalar  içərisində korrupsiya, xarici kəşfiyyat orqanları ilə işbirliyi, terror təşkilatı ilə əlaqələr və gizli əməkdaşlıq  öz əksini tapıb.
Bu faktları mətbuata hazırda hakimiyyətdə  olan AKP-lər yox,
Əkrəm İmamoğluna rəqib olan Mənsur Yavaşın tərəfdarları, yəni CHP-lilərin özləri ötürüblər.
Onların  məqsədi  növbəti prezident seçkilərində CHP-nin namizədinin İmamoğlu deyil, Mənsur Yavaşın olmasına nail olmaqdır.
Müşahidələr göstəir ki,  Türkiyədə gerçək demokratiya məhz hazırki prezident Rəcəb Təyyub Ərdiğanın  vaxtında bərqərar olub.
 Məsələn:
- AKP-nin hakimiyyətə gəlişinə qədər hicablı qadınların universitetlərdə təhsil alması, dövlət işlərində çalışması,  dövlət idarələrinə daxil olması, Parlament və Bələdiyyələrə seçilməsi qadağan idi. 
- AKP hakimiyyətindən öncə Türkiyədə yaşayan  azsaylı xalqların öz ana dillində   danışması qadağan edilmişdi.
 Hazırda isə  Türkiyədə yaşayan bütün xalqlar ana dilində danışmaq, kitab və qəzet dərc etdirmək, TV kanalları açmaq hüququna sahibdirlər.

Açıq-aydın görünür ki , türklərə  düşmənçilik edən  XARİCİ  GÜCLƏR 
 böyük Atatürkün  qurduğu  CHP-nın çətiri altında gizlənən  ələvi ərəbləri, kürdləri, yunanları  və erməniləri qızışdıraraq hər gün inkişaf edən Türkiyəni içəridən yıxmaq istəyirlər. Onlar ( xarici güclər) iqtisadi çətinliklərdən əziyyət çəkən, lakin Türkiyəni öz canları  kimi  sevən  şikayətçiləri də bu prosesə  qataraq, hadisənin  kütləvi xarakter almasına çalışırlar. 
Türkiyənin sürətli inkişafından narahat olan xarici  güclər  onların  kəşfiyyat  idarələrinə  işləyən satqınlardan da istifadə  edirlər. Görünən odur ki, Türkiyə  prezidenti  Rəcəb Təyyub Ərdoğanın və Azərbaycanın dövlət  başçısı İlham Əliyevin liderliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) və ya Turan istiqamətində atılan möhtəşəm addımlar türk düşmənlərinin canına  titrətmə salıb. Düşünürük ki, Türkiyəyə və Ərdoğana qarşı aparılan  kampaniya tezliklə iflasa uğrayacaq.
Narazı  vətəndaşlar  mitinqlər keçirəcək, onları qlzışdıranlar  mitinqlərdə  iqtidara və şəxsən  Prezident Ərdoğana qarşı  "alovlu" çıxışlar edəcək və  dağılışacaqlar.
Çox güman ki, xarici 
güclər belə çıxışlardan istifadə edərək 
kütlənin bir hissəsini dövlət çevrilişinə sövq etməyə  çalışacaqlar.
Hesab edirik ki, böyük dövlətçilik təcrübəsinə malik olan  Türkiyənin qüdrətlənməsinin qarşısını kəsmək  mümkün olmayacaq. Əksinə,  qarşıdurmalardan, burulğanlardan sonra cəmiyyət sakitləşəcək  və Türkiyə daha sürərlə inkişaf edəcək.

Qəvami  SADIQBƏYLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.288832