Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıI medal qazanıb - YENİLƏNİB

2023-02-04 21:41:00

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıI medal qazanıb - YENİLƏNİB

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

Hurriyyet.Az xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.\\Report

18:09

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Hurriyyet.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.\\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.201658