Böyük Britaniyanın müdafiə naziri Ukraynaya uzaqmənzilli silahlar göndəriləcəyini istisna etmir

2022-12-13 00:01:00

Böyük Britaniyanın müdafiə naziri Ukraynaya uzaqmənzilli silahlar göndəriləcəyini istisna etmir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, əgər Rusiya mülki ərazilərə zərbələr endirməyə davam etsə, o, Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təchiz etmək haqda düşünəcək.

Hurriyyet.Az-ın xarici mətbuata istinadla məlumatına görə, bu haqda  Reuters xəbər verir.

Parlament qarşısında çıxış edən keçmiş baş nazir, Ukraynanın fəal tərəfdarı Boris Conson Uollesdən Kiyevə uzaqmənzilli raket sistemlərinin çatdırılmasının mümkünlüyü  barədə sual verib.

“Mən durmadan Ukraynaya yollaya biləcəyimiz silah sistemlərini nəzərdən keçirirəm. Bizim də  daha uzaqmənzilli artilleriya qurğularımız var, əgər ruslar mülki ərazilərə zərbələr endirməyi dayandırmasalar və Cenevrə Konvensiyalarını pozmağa cəhd etsələr, o zaman mən də bundan sonrakı hərəkətlərimiz haqda düşünəcəyəm", deyə nazir bildirib.

Xatırlasaq ki, bu ilin fevral ayından Böyük Britaniya Ukraynaya silah təchizatı, hərbi təlim və humanitar yardım da daxil olmaqla 3,8 milyard funt sterlinq ayırıb.

Oktyabrda Böyük Britaniyanın baş naziri seçilən Rişi Sunak ilk xarici səfərləri çərçivəsində Kiyevə yollanıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000103