Böyük Britaniyanın daxili işlər naziri istefa verdi

2022-09-06 00:10:00

Böyük Britaniyanın daxili işlər naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel istefa verib.
Priti Patel son üç ildə daxili işlər naziri kimi xidmət etməyin həyatının şərəfi olduğunu deyib.
Qeyd edək ki, Liz Trass sabah kraliça tərəfindən rəsmi olaraq ölkənin növbəti Baş naziri təyin edildikdən sonra yeni kabineti seçməlidir.
2019-cu ildən etibarən daxili işlər naziri olan Priti Patelin Liz Trass tərəfindən vəzifəsində saxlanmağının gözlənilmədiyi yayılan geniş iddialar arasında idi. \\APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061839