Böyük Britaniyada Ukrayna sammiti keçiriləcək
2025-02-20 15:47:49
Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya Ukrayna münaqişəsi ilə əlaqədar yeni sammit keçirməyi planlaşdırır.
"Skay Nyus" (Sky News) kanalının mənbələrə istinadla verdiyi məlumata görə, bir sıra ölkələrin liderlərinin iştirak edəcəyi sammit Baş nazir Kir Starmerin Vaşinqton səfərindən qayıtmasından sonra keçiriləcək.
Starmer gələn həftə ABŞ-a səfər edəcəyini, orada Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə birlikdə Ukraynada uzunmüddətli sülhün "açar elementlərini" müzakirə edəcəyini bildirib.
Hürr Tərcüman
