Böyük Britaniyada saxlanılan Şeyx Səfi xalçası Azərbaycana niyə gətirilmir? - AKTUAL

2022-04-23 13:15:00

Böyük Britaniyada saxlanılan Şeyx Səfi xalçası Azərbaycana niyə gətirilmir? - AKTUAL

Xalçaçılıq sənəti Azərbaycanın milli-mədəni kimliyinin tarixboyu inkişafının ən incə və bariz nümunəsidir. “Səkkizinci möcüzə” adını daşıyan ən möhtəşəm xalçalarımızdan biri – Şeyx Səfi xalçası isə, təəssüf ki, Azərbaycanda sərgilənmir.

Hurriyyet.az xəbər verir ki, bir əsrdən çoxdur ki, Şeyx Səfi xalçası Böyük Britaniyanın “Viktoriya və Albert” muzeyində eksponat kimi saxlanılır. Orijinalın nüsxəsinin köçürüldüyü nüsxələrdən biri də Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.

Bəs, Böyük Britaniyada saxlanılan Şeyx Səfi xalçası niyə Azərbaycana gətirilmir?

Tarixçi ekspert Elmar Həsənli Şeyx Səfi xalçasının tarixi barədə qısa məlumat verib:

“Şeyx Səfi xalçası 1539-cu ildə Şah Təhmasibinin dövründə Şeyx Səfi məqbərəsində toxunulmuşdur. Bir milyon ilmədən istifadə olunub. 56 metr kvadrat ərazini əhatə edir ki, dünyada bu böyüklükdə digər bir xalçaya rast gəlmək qeyri-mümkündür.

İkinci bir məsələ ondan ibarətdir ki, 1891-ci ildə həmin məqbərənin təmiri və bərpası xərcləri ortaya çıxdıqda pul tapılmır. Hal belə olduqda ingilislər həmin məqbərənin din xadimləri ilə əlaqə qururlar. Belə ki onlar təmir pulu üçün xalçanı ingilislərə satmalı olurlar. Xalçanı almaq üçün “Viktoriya və Albert” muzeyinin rəhbəri Morris adında bir şəxs almaq londonlulara müraciət edir və 2000 funt sterlinqin yığılır”.

Elmar Həsənli hesab edir ki, Şeyx Səfi xalçasının Azərbaycana gətirilməməsində əsas başlıca faktor İrandır:

“Problem ərazimizin iki yerə bölünməsindən irəli gəlir. Təbrizə İranın iddiası və həmin əraziləri və mədəni irsinin özününkü hesab etməsi, bu xalçanın Azərbaycana gətirilməsi ehtimallarını əngəlləyir”.

Ekspert sonda qeyd edib ki, məsələnin həlli ilə bağlı istənilən halda Azərbaycan mənəvi varis kimi mübarizəsini davam etdirə bilər.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya