Böyük Britaniya vətəndaşlarına Ermənistana getməməyi tövsiyə edib
2025-01-22 15:52:59
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti öz vətəndaşlarına Ermənistana, xüsusilə də respublikanın Azərbaycanla sərhəd rayonlarına səfər etməməyi (və ya sərhəddən 5 km məsafə saxlamağı) tövsiyə edib. Həmin rayonlarda konsul dəstəyinin çox məhdud olduğu bildirilir.
Britaniya hökuməti Tavuş vilayətində İcevan ilə Noyemberyan rayonları arasındakı yolun da təhlükəli olduğunu hesab edir.
Hürr Tərcüman
