Saat:07:29
Haqqımızda

Böyük Britaniya Müdafiə Nazirliyindən AÇIQLAMA: Ukraynaya qoşun yeritmək planımız yoxdur

2024-05-16 12:02:06

Böyük Britaniya Müdafiə Nazirliyindən AÇIQLAMA: Ukraynaya qoşun yeritmək planımız yoxdur

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri təsdiqləyib ki, Ukraynaya qoşun yeritmək planı yoxdur. Krallıq respublika ərazisində Ukrayna silahlı qüvvələrinin yeni çağırışçılara təlim keçmək üçün öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.
"Mən həddi aşmaq və Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, Ukrayna hərbi təlimlərini Ukraynaya yaxın yerdə keçirmək doğru olar".
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.
Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180636