Böyük Britaniya kralına xərçəng diaqnozu qoyulub
2024-02-05 23:41:32
Böyük Britaniya kralı III Çarlz xərçəng diaqnozu qoyulub.
Bu barədə Bukingem Sarayı məlumat yyaıb.
Qeyd olunub ki, o müalicə aldığında bəzi vəzifə öhdəliklərini yerinə yetirə bilməyəcək.
Britaniya kralı III Çarlz keçən həftə prostat vəzi əməliyyatından sonra xəstəxanadan evə buraxılmışdı./APA