Böyük Britaniya kəşfiyyatından AÇIQLAMA: Rusiya tezliklə silah çatışmazlığı ilə üzləşəcək
2022-06-14 12:46:00

Rusiya tezliklə silah ehtiyatlarının çatışmazlığı ilə üzləşəcək. Bunu Britaniya kəşfiyyatı açıqlayıb.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın hərbi xərclərini maliyyələşdirməsini artırmasına baxmayaraq, Ukrayna ilə müharibədə məhvolunmuş hərbi texnikasının yerinin doldurulması, itkilərin yeni texnika ilə əvəzlənməsində problemlər yaranacaq. Kəşfiyyat buna qərb sanksiyalarının təsirini və bəzi sahələrdə təcrübənin olmamasını səbəb göstərir. Haqqında söhbət gedən açıqlamanı Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində yayıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya