Saat:15:17
Haqqımızda

Böyük Britaniya ilə Yaponiya hərbi müttəfiqliyi daha da gücləndirməyi qərar verdilər

2021-09-28 14:10:00

Böyük Britaniya ilə Yaponiya hərbi müttəfiqliyi daha da gücləndirməyi qərar verdilər

Yaponiya və İngiltərə rəsmiləri hərbi əməkdaşlığın gücləndirilməsi və silahlı qüvvələr arasında qarşılıqlı əlaqə mövzusunda danışıqlara başlamağı razılaşdırıblar.

Bu sözləri Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi deyib. Danışıqların ilk raundu 2021-ci il oktyabrın 7-nə təyin edilib. Danışıqlar zamanı ölkələrin qarşılıqlı əlaqə üsullarının təkmilləşdirilməsi və xarici hərbçilərə girişin asanlaşdırılması barədə razılığa gəlmələri gözlənilir.
Moteqi sonda, "Sərbəst və Açıq Hind-Sakit okean Bölgəsi" konsepsiyasını həyata keçirərkən bu razılaşmanın ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirəcəyinə inanırıq, deyə fikrini tamamlayıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR