Böyük Britaniya ilə Rusiya müharibəyə başlayır? - 8 min əsgər göndərildi

2022-04-29 16:06:00

Böyük Britaniya ilə Rusiya müharibəyə başlayır? - 8 min əsgər göndərildi

Rusiya ilə Böyük Britaniya arasında son günlər gərginlik durmadan artır. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppinin Ukraynanın Britaniya silahlarından istifadə edərək Rusiya ərazisinə hücum etməsinin "qanuni” olduğunu deməsi, bunu daha da alovlandırıb.

Hurriyyet.az bildirir ki, bu dəfə İngiltərənin "Daily Mail” qəzeti, "Putinə meydan oxuyuruq” başlıqlı yazı dərc edib. Qəzetin xəbərində London rəhbərliyinin Soyuq Müharibədən sonra Şərqi Avropada ən böyük quruculuğa başladığı bildirilib. Qeyd olunub ki,  Britaniya təlimlər üçün NATO-nun şərq cinahına daha 8 min əsgər göndərəcək. 

Rusiyaya təhdid kimi dəyəerlənbdirilən təlimdə ingilis tankları və vertolyotları da səhnəyə çıxacaq.

Qeyd edək ki, yay aylarında minlərlə NATO əsgəri Finlandiyadan Şimali Makedoniyaya qədər uzanacaq bir sıra təlimlərdə Britaniya hərbçilərinə qatılacaq. Artıq ingiltərəli əsgərlər Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiyadakı təlimə göndərilib. Finlandiyanın isə gələn ay NATO-ya üzv olmaq barədə qərar verəcəyi gözlənilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya