Boşanmaqdan xilas olmaq üçün dərman tapıldı

2022-06-11 23:52:00

Boşanmaqdan xilas olmaq üçün dərman tapıldı

Oksford Universiteti sevgi dərmanının hazırlandığını açıqlayıb.

Bu barədə antropoloq Anna Maçin məlumat verib.

“Cheltenham” Elm Festivalında danışan Maçin, bəzi dərmanların beyində aşiq olmaq təsiri yaratdığını deyib. Sözügedən preparatların 3-5 il ərzində hazır ola biləcəyini deyən professor, “Oksitosin, xoşbəxtlik hormonu serotonin, dopamin və təbii ağrı kəsici beta endorfin hormonları aşiq olmağımızda rol oynayır. Oksitosin tərkibli dərmanlar romantizmi alovlandıra bilər.

Dərmanların məqsədi cütlüklərin yenidən bir-birilərinə aşiq olmasını təmin etmək və evlilikləri xilas etməkdir. Bu, həmçinin subayların özgüvənini artıraraq sevgi tapmağa kömək edə bilər. Bunu kəşf edən insanların nə qədər pul qazanacağını təxmin edə bilərsinizmi?”, - deyə söyləyib.

Digər tərəfdən, sevgidən əziyyət çəkənlərə antidepresan dərmanların verilməsi də gündəmdədir. Lakin bu, elm dünyası üçün mübahisəli məsələdir. Bir çox mütəxəssis bu cür dərmanların qeyri-etik olduğunu iddia edir, hormon terapiyası ilə yaranan sevginin real olmadığını deyirlər. /sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya