Saat:03:32
Haqqımızda

Boşanmalar, zorakılığa məruz qalanlar, atılan uşaqlar... - QHT sədri faktlar açıqlayır - VİDEO

2024-02-13 00:01:00

Boşanmalar, zorakılığa məruz qalanlar, atılan uşaqlar... - QHT sədri faktlar açıqlayır - VİDEO

"BakuPost"TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova olub.

M.Zeynalova müsahibəsində zorakılığa məruz qalan qadınlar, atılan uşaqlar və erkən nikahlarla bağlı maraqlı məqamlara toxunub.

M.Zeynalova qeyd edib ki, bu gün erkən nikah cəmiyyətin başlıca probleminə çevrilib. Müsahibədə qeyd olunur ki, bu kimi problemlər yalnız ictimailəşəndən sonra müvafiq qurumlar hərəkətə keçir.

Müsahibə zamanı gənc qızların erkən nikaha məcbur edilmələri, ailələrin problemə birtərəfli baxışı, yerli icra strukturlarının hərəkətsizliyi kimi məsələlərə də münasibət bildirilir.

Ailə və dövlət olaraq gənc qızların evliliyə hazırlanması mərhələsindəki çatışmazlıqlar, gənclərdə tükənən sevgi, sabit ailə birgəyaşayışı üçün daha nələri etməliyik kimi məsələlər müsahibənin əsas mövzusunu təşkil edir.

Müsahibədə həmçinin zorakılıqda kənar təsirlərin gücü, səssiz yaşanan ömürlər və digər məqamlara toxunulur.

Ətraflı videoda:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR