Saat:18:13
Haqqımızda

Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

2024-09-28 22:31:15

Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

Hurriyyet.Az referans-a istyinadən xəbər verir ki, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.

"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək.  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.257675