Saat:15:01
Haqqımızda

Boş deputat yerlərinə təkrar seçkilər keçiriləcəkmi?- Məzahir Pənahovdan açıqlama

2022-01-20 13:18:00

Boş deputat yerlərinə təkrar seçkilər keçiriləcəkmi?- Məzahir Pənahovdan açıqlama

"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb".

Hurriyyet.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: "Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur".

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR