Saat:06:29
Haqqımızda

Bortnikovdan şok: Budanov qanuni hədəfimizdir!

2024-03-26 21:44:53

Bortnikovdan şok: Budanov qanuni hədəfimizdir!

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya ordusu üçün qanuni hədəfdir.

Bu sözləri FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

“Rusiyaya və Rusiya vətəndaşlarına qarşı cinayət törədənlər qanuni hədəflərdir”, - deyə o, “Krokus” teraktının arxasında Ukrayna və şəxsən Budanovun durduğunu iddia edib.

O deyib ki, terror aktını törədənlər Rusiyada vəziyyəti gərginləşdirmək, cəmiyyətdə təşviş yaramaq məqsədi güdüblər.

Onun sözlərinə görə, terror aktının təşkilatçısı hələ müəyyən edilməyib, lakin FTX-də bu hücumun arxasında ABŞ, Böyük Britaniya və Ukraynanın dayandığını göstərən “inkişaflar” var. O vurğulayıb ki, şübhəlilərin dairəsi genişləndiriləcək:

“Həm ölkə daxilində, həm də xaricdə bu qətliamın bütün iştirakçılarının müəyyən edilməsi üçün çox işlər görülür. Bütün əməliyyat bölmələrimiz o işdə, o cümlədən dost dövlətlərin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda fəal iştirak edir”.

ABŞ-ın Moskvada terror aktı hazırlanması barədə xəbərdarlıq etməsinə aydınlıq gətirən FTX-nın direktoru deyib ki, belə bir xəbərdarlıq alınmışdı, lakin həmin məlumat ümumi xarakter daşıyırdı. \\Axar.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000076