Saat:04:54
Haqqımızda

Borreldən Kiyevə yardımla bağlı ETİRAF: “Tərəddüd etdik, baha başa gəldi”

2024-01-29 13:52:07

Borreldən Kiyevə yardımla bağlı ETİRAF: “Tərəddüd etdik, baha başa gəldi”

“Avropa İttifaqı ölkələri Ukraynaya lazımi hərbi yardım göstərməkdə çox vaxt tərəddüd edirdilər”.

Hurriyyet.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell "Die Welt" jurnalına yazdığı məqalədə bildirib. O, Kiyevə dəstək məsələsində səhvləri etiraf edib.

“Biz Ukraynanı lazımi silahlarla təmin etməkdə çox vaxt tərəddüd edirdik və yalnız Rusiya üstünlük əldə etməklə hədələdikdə hərəkətə keçdik. Bu tərəddüd həyat bahasına başa gəldi” - o, qeyd edib.

Onun sözlərinə görə, assosiasiya gələcəkdə Ukraynaya dəstək paradiqmasını “nəyin bahasına olursa-olsun” yardım etmək mövqeyindən dəyişməlidir.

Diplomat həmçinin Ukraynaya uzaqmənzilli raketlər və digər müasir silah sistemlərinin verilməsinə çağırıb, o cümlədən, Kiyevin hava hücumundan müdafiə (havadan müdafiə) imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Borrell bildirib ki, Avropa müdafiə sənayesi Ukraynanı dəstəkləmək üçün kifayət qədər hazır deyil. Onun fikrincə, Avropanın müdafiə sənayesi hələ “yenidən doğulma” mərhələsindən uzaqdır.

sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000219