Borrel: “Təəssüf ki, Gürcüstanla Rusiya...”

2023-09-08 17:38:36

Borrel: “Təəssüf ki, Gürcüstanla Rusiya...”

Hürriyyet.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozep Borrel Brüsselin Gürcüstan ilə Rusiya arasında birbaşa hava əlaqəsinin bərpa edilməsindən təəssüfləndiyini bildirib.

Borrel deyib: “Bu, Gürcüstanın xarici siyasəti ilə bağlı ismarıcdır. Gürcüstan Assosiasiya Razılaşması ilə bağlı müəyyən öhdəliklər boynuna götürüb və Avropa İttifaqına daxil olmalıdır. Bu mərhələdə sözsüz ki, mövqeləri yaxşılaşdırmaq üçün çox istiqamət vardır. Biz Rusiyanın hibrid dəaliyyətini – hərbi təbliğatı və digər təşəbbüslərini dəf etməliyik. Bu  səbəbdən Aİ Gürcüstanda azad vətəndaş cəmiyyətinin möhkəmləndirməsini, həyat qabliyyətinin yüksəlməsini, dezinformasiya ilə mübarizəni hədəfə çevirib.

Ən əsası, ölkədə canlı demokratik sistemin mövcudluğu və informasiyanı azad şəkildə təqdim eləmək imkanının olmasıdır”.

Xatırladaq ki, mayın 10-da RF Prezidenti Vladimir Putin 2019-cu ildə Moskvanın təşəbbüsü ilə Gürcüstana qoyulan hava rabitəsinə qadağanı ləğv edib. Rusiya 2000-ci ildə birtərəfli qaydada Gürcüstan vətəndaşları üçün tətbiq elədiyi viza rejimini də artıq ləğv edib.

Qadağan ləğv edildikdən sonra mayın 19-da Moskva-Tbilisi marşrutunda ilk uçuş həyata keçirilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya ilə uçuşlara başladığı üçün “Gürcüstan Hava Yolları”nı boykot edib. Şirkət də buna cavab olaraq Prezidenyi öz təyyarələrində “arzuolunmaz şəxs” elan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139641