Borrel: “Rusiyanın daha bir neçə bankı SWIFT-dən ayrılacaq”

2022-05-03 11:47:00

Borrel: “Rusiyanın daha bir neçə bankı SWIFT-dən ayrılacaq”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Latın Amerikasına səfəri zamanı Rusiya daha bir neçə bankının SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayrılacağını açıqlayıb.

Hurriyyet.az bu barədə “Report”-a istinadən xəbər verir.

Borrel bunun təfərrüatlarının açıqlamayıb.

"Maliyyə sektorunda daha çox Rusiya bankı SWIFT sistemindən ayrılacaq. Hansıları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, - Aİ rəsmisi Venesuelanın VPI telekanalının efirində jurnalistlərlə söhbəti zamanı deyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya