Saat:06:42
Haqqımızda

Borrel: "Orban Gürcüstanda Aİ-ni təmsil etməyəcək"

2024-10-28 17:36:46

Borrel:

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Macarıstanın Baş naziri Viktor Orbanın 28-29 oktyabr tarixlərində Gürcüstana səfəri zamanı Aİ-nin təmsilçisi kimi çıxış etmədiyini bildirib. Onun sözlərinə görə, Orban "bu gün Gürcüstana şübhəsiz ki, bu ölkənin hökumətinə dəstəyini göstərmək üçün yola düşüb".
Borrel İspaniyanın RNE radiostansiyasına müsahibəsində bildirib: "Orban öz səfəri zamanı nə deyirsə-desin, Avropa İttifaqını təmsil etmir".
Hürr Tərcüman