Saat:19:29
Haqqımızda

"Borrel Gürcüstanın daxili işlərinə qarışır, Aİ siyasətçiləri həyasız və yalançıdırlar" - Gürcüstanın Baş naziri

2024-04-23 18:30:47

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrelli ölkəsinin daxili işlərinə müdaxilə eləməkdə ittiham edib.
Kobaxidze Borrelin xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsi barəsində dediklərini kəskin tənqid edib və onun Gürcüstan respublikasının siyasətinə qarışdığını söyləyib.
Kobaxidze üçüncü şəxslərin ölkə siyasətində iştirak edə bilməyəcəyini bəyan edib: "Bəziləri, o cümlədən təkcə diplomat yox, həm də Avropa siyasətçisi olan Jozep Borrel kimisi parlamentin qəbul elədiyi qanun barəsində bəyanat verəndə, avtomatik olaraq, siyasi debatların iştirakçısına çevrilir. Parlamentdə qanunların müzakirəsini - hətta tərəfdaş və ya dost olsa belə, - kənardan biri yox,  siyasi partiyalar aparmalıdır. Bu, əlbəttə ki, müdaxilədir".
Qeyd edək ki, Borrel Gürcüstan parlamentinin müzakirəyə çıxardığı "Xarici təsirin şəffaflığı qanunu"nun Avropa İttifaqının normalarına və qaydalarına uyğun olmadığını bildirib.
Kobaxidze həmin qanunun qəbul edilməsinə qarşı çıxan Avropa parlamentindən də danışıb, Aİ siyasətçilərini yalançılıq və həyasızlıqda ittiham edib, buna son qoymağa çağırıb. 
Kobaxidze deyib: "Bu gün Avropa siyasətçiləri həyasızdırlar - məhz ona görə ki, qapalı yalan dövrəsi mövcuddur. Bu qapalı yalan dövrəsini qırmaq zəruridir - üç oxunuşdan sonra qəbul ediləcək "Xarici təsirin şəffaflığı" qanun layihəsi də məhz bu məqsədə xidmət edir".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210433