Boris Consonun Rusiyaya gedişi qadağan edildi

2022-04-16 13:44:00

Boris Consonun Rusiyaya gedişi qadağan edildi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya XİN Böyük Britaniya rəhbərliyinə qarşı fərdi sanksiyalar tətbiq edildiyini bəyan edib.

Rusiya Britaniyanın Baş naziri Boris Consonun, Xarici İşlər naziri Liz Trassın və Müdafiə naziri Ben Vollesin ölkəyə gəlməsini qadağan edib.  Qadağan siyahısına Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patel, Maliyyə naziri Rişi Sunak, Ədliyyə naziri Dominik Raab, keçmiş Baş nazir Tereza  Mey və digərlərinin adları salınıb. Yaxın zamanda siyahıya yeni adlar əlavə ediləcəyi bildirilir.     

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya