Boris Consondan BƏYANAT: Ukraynanı pis sülhə məcbur etməyin

2022-06-24 11:58:00

Boris Consondan BƏYANAT: Ukraynanı pis sülhə məcbur etməyin

Böyük Britaniyanın baş naziri Boris Conson G7 və NATO ölkələrinin liderlərinə müraciət edərək Rusiya ilə anlaşma və Ukraynanı ultimatum şərtləri üzrə danışıqlara məcbur etmək cəhdlərini dayandırmağa çağırıb. O, bildirib ki, indiki məqamda Ukrayna hökuməti Rusiya ilə "pis sülh" üçün danışıqlar aparmağa təşviq edilməməlidir. Bu barədə "The Guardian" yazır.
"G7-dəki və xüsusilə NATO-dakı həmkarlarımıza mesajım bu olacaq: İndi atəşkəs əvəzində danışıqlar aparmaq və ukraynalıları pis sülh müqabilində-ərazilərinin böyük bir hissəsindən imtina etməyə dəvət olunduğu bir sülh haqqında danışıqlar aparmağa təşviq etmək vaxtı deyil", deyə Conson açıqlamada bildirib.
Boris Conson bu bəyanatla Ruandada Birlik Sammitində çıxış edib.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya