Boris Conson üzr istədi

2022-04-20 13:09:00

Boris Conson üzr istədi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Britaniyanın Baş naziri Boris Conson karantin zamanı qadağanlardan yayınaraq yığınacaqda iştirak elədiyi üçün sidq-ürəkdən üzr istədiyini söyləyib. Conson üzr istəyərkən qanunları tapdalamadığını, Parlamenti yanlış yönləndirmədiyini və istefa çağırışlarını rədd elədiyini də bildirib.

Conson deputatların qarşısındakı çıxışı zamanı bir tort ilə qeyd edilən ad günü toplantısının yığınacaq olduğunu “ağlına gətirmədiyini” deyib.

Britaniyada milyonlarda vətəndaşın dostları və ailəsi ilə görüşməsi, hətta əzizlərinin cənazəsində iştirak eləməsi qadağan edildiyi bir dövrdə Consonun yığınacaqda iştirak eləməsi ölkədə narazılıq doğurmuşdu.

Conson 2020-ci ilin iyun ayında öz sürpriz ad günü qonaqlığında iştirak elədiyi üçün 50 funt cərimə cəzası alıb.

Bununla da Conson vəzifə başında ikən qanunu pozan ilk Britaniya Baş naziri olub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya