Saat:01:15
Haqqımızda

Boris Conson qədim yunan tanrısının şərəfinə adını dəyişdirə biləcəyini söylədi

2021-09-23 12:59:00

Boris Conson qədim yunan tanrısının şərəfinə adını dəyişdirə biləcəyini söylədi

 İngiltərənin Baş naziri Boris Conson bəyan edib ki, bərpa olunan enerji mənbələrinə dəstək simvolu olaraq qədim yunan şimal küləyi tanrısının şərəfinə öz adını dəyişdirilməyi düşünür. Bu barədə “The Guardian” xəbər verir.

Siyasətçi bunu BMT Baş Assambleyasındakı çıxışında bildirib.

O, İngiltərə və Hollandiyanın Şimal dənizində çoxlu külək turbinləri qurduqlarını və indi külək sayəsində daha çox elektrik istehsal etdiklərini xatırladıb.

Conson, bir vaxtlar adını “Borea Consona” çevrilməyi düşündüyünü qeyd edib. Ardınca isə siyasətçi qədim filosof Sofokla istinad edib.

"Bir çox insanlar dünyada çox qorxunc şeylərin olduğunu, ancaq insandan daha pis bir şey olmadığını söyləyən Sofokla istinad edirlər.

Amma əslində Sofokl insanın “deinos” olduğunu və bunun nəinki qorxulu, həm də gözəl bir şey olduğunu söyləmişdi və haqlı idi", Conson bildirib.

Çıxışının sonunda insanlığı inkişafa və ətraf mühitin qayğısına qalmağa səsləyib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR