BORCLU OLDUQLARIMIZ – Şamil yazır

2023-03-08 20:37:00

BORCLU OLDUQLARIMIZ – Şamil yazır

Hər gün hörmət, nəvaziş göstərməyə borclu olduğumuz qadınların ilin bir gününü özlərinə bayram bilmələrinə mənfi gözlə baxanlara fikrim müsbət deyildir. Dünyanın özünü, gözəlliklərini bizə göstərməyə çalışanlara, təqvimin heç olmasa bir gününü onlara bayram günü kimi bəxş etməmək biz kişilər üçün ayıb olmazmı? 8 Mart olmasın, Həvva anamızın, Adəm babamızın qabırğasından yarandığı gün olsun, amma olsun. Bütün aləm qeyd etsin, həm də.

Daima onları aralı tutduğumuz dünyanın  işlərində, illərində, əsrlərində özümüz düz-əməlli bir şey yarıda bilsəydik, ən azından iyirmi birinci əsrdə belə, bir günümüzü müharibəsiz, qansız-qadasız keçirdib, heç olmasa bu gün heç bir ata, ər, övladınız ölməyəcək deyə müjdələyib sevindirə bilərdik. Bizimlə birgə, sayımız qədər, analar, bacılar da orduya qatılmış olsaydılar, ölümə, itimə, acımasızdığa yəqin ki, çox yer verilməyəcəkdi. Nə bilmək  olar, bəlkə də nəinki müharibəsiz günlərimiz, illərimiz də çox olacaqdı.

Yaşadığımız dünyaya bizi gətirən, qorxmayaq deyə bir əsgər kimi gələcəyin əsgərinin keşiyini çəkən, qoruyan, sanki müqəddəs bilib gecələr başımızın üstündə yuxusuz oturan, lay-lay adlı çal-çağırla ruhumuzu təmizləyən, böyüdən, geyindirən, ən ləziz təamları özü deyil, övladının, ərinin, atasının yeməsinə çalışan, böyüdükdə belə bir uşaq kimi nəvazişimizi çəkən nənəmizə, anamıza, bacımıza, qadınımıza, qızımıza nəinki ilin mart ayının səkkizinci gününü, ömürlərinin bütün günlərini bayram etməyə dəyməzmi?!

Gecə-gündüz ibadət etməyə borclu olduğumuz Allahımız, heç olmasa ilin bir günü bizi həyata gətirən qadınlara bir gül verib, əllərindən öpməyimizi gördükdə sevinməzmi?

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136782