Bolqarıstanda İstanbulda törədilən terrorla bağlı 5 nəfər saxlanılıb

2022-11-19 15:50:00

Bolqarıstanda İstanbulda törədilən terrorla bağlı 5 nəfər saxlanılıb

İstanbulda törədilən terror aktında şübhəli bilinən şəxslər Bolqarıstanda saxlanılıb.

APA NOVA agentliyinə istinadən xəbər verir ki, İstanbulda baş verən ölümcül hücumda şübhəli bilinən 5 nəfər Bolqarıstanda həbs edilib.

Bildirilib ki, saxlanılanlar arasında 3 nəfər Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs var. Həbs olunanlar arasında terrora görə İnterpol tərəfindən axtarışa verilən şəxsin köməkçisi də var.

Bu şəxslər İstanbulda terror aktı törədən şəxsə yardım etdiyinə görə müttəhim qismində saxlanılıb. Onlar terror aktı törədən şəxsə logistika və kommunikasiya ilə bağlı kömək edib.

NOVA-nın məlumatına görə, onlar həm Türkiyədə, həm də Aİ ölkəsində yeni terror aktları həyata keçirmək niyyətində olublar. Bolqarıstan Baş prokurorunun sözçüsü Siika Mileva xəbəri təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Terrorla Mübarizə İdarəsində cinayət işi başlanıb və bu gün şəhər məhkəməsində həbs-qətimkan tədbirinə baxacağı gözlənilir.

Əməliyyat tam məxfilik şəraitində keçirilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.203147