Saat:05:47
Haqqımızda

Bolqarıstan prezidenti: "Rusiyanın tələblərli qəbuledilməzdir"

2022-01-21 22:01:00

Bolqarıstan prezidenti:

Bolqarıstan prezidenti Rumen Radev NATO-ya üzv digər ölkələrin qoşunlarının ölkədə yerləşdirilməməsi ilə bağlı Moskvanın tələbini “qəbuledilməz və mənasız” hesab edir. TASS xəbər verir ki, dövlət başçısının mövqeyini cümə günü onun mətbuat xidməti yayıb.

"Rusiyanın NATO qüvvələrinin Bolqarıstandan çıxarılması tələbi qəbuledilməz və mənasızdır. Bolqarıstanda daimi yerləşdirilmiş müttəfiq qüvvələri və hərbi texnikası yoxdur və onların ölkə ərazisində müvəqqəti və ya daimi olması ilə bağlı qərar onun suveren hüququdur", - prezident qeyd edib.

Radev əlavə edib ki, "Bolqarıstan heç kimdən ultimatum tələbləri qəbul etmir".

Daha əvvəl baş nazir Kiril Petkov da ölkə Milli Assambleyasında analoji mövqe ifadə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiyanın “təhlükəsizlik təminatı üzrə təklifləri” 1997-ci ildən sonra alyansa qoşulan Bolqarıstan və Rumıniyadan NATO qoşunlarının çıxarılmasını nəzərdə tutur. \\Virtualaz.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR