Bolqarıstan parlamenti ukraynalılara qarşı soyqırımını tanıdı
2023-02-01 19:45:00

Hurriyyet.az xəbər verir ki, Bolqarıstan parlamenti 1932-33-cü illərdə, Stalin dövründə Ukraynada süni şəkildə törədilmiş Qolodomor aclığını soyqırımı hesab edib və onun müqəssirlərini pisləyib. Bolqar deputatların qəbul elədiyi qərara görə, noyabr ayının sonuncu şənbə günü ölkədə Ukraynadakı Böyük aclığın qurbanlarının xatirəsi günü kimi qeyd ediləcək.
Sənəddə deyilir ki, Bolqarıstan parlamenti bu soyqırımının inkarı, doğruldulması, yaxud da kiçik qəbul edilməsi ilə bağlı istənilən addımı Qolodomor zamanı həlak olmuş milyonlarla insanın xatirəsinin silinməsi cəhdi kimi qəbul edir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya