Bolqarıstan avro zonasına daxil oldu - öz valyutasından imtina edir
Hurriyyet.az xəbər verir ki, çərşənbə axşamı günü Avropa İttifaqı Bolqarıstanın avro zonasına daxil olmasına razılıq verib. Aİ Şurasının bəyanatında bildirilir ki, Avropa İttifaqının maliyyə nazirlərinin iyulun 8-də keçirilən iclasında Bolqarıstanın avro pul vahidinə keçməsi qərarı təsdiqlənib.
Aİ-nin ən kasıb ölkəsi hesab edilən Bolqarıstan 2026-cı il yanvarın 1-dən etibarən öz milli valyutasından - levdən imtina edərək, avrodan istifadə edəcək və avrozonanın 21-ci ölkəsi olacaq.
Bolqarıstanın Baş naziri Rosen Jelyazkov X şəbəkəsində bu qərarı tarixi məqam adlandıraraq yazıb: "Biz bunu etdik!"
Avrokomissar Valdis Dombrovskis əlavə edib: "Avrozonaya birləşmək - təkcə levin avro ilə əvəz edilməsi demək deyil. Bu, Avropanın düz ürəyində Bolqarısran üçün daha yaxşı və çiçəklənən gələcəyin yaradılmasına aparan addımdır".
Hürr Tərcüman
