Saat:07:03
Haqqımızda

BOL EYLƏ MEHRİBANLIĞI - Şeir

2025-01-01 12:57:15

BOL EYLƏ MEHRİBANLIĞI - Şeir

Olmasın qan-qada, zülm, zindanlar,
Can deyib-eşitsin bütün insanlar
Tanrım, əlindədir cümlə imkanlar,
Heç evdən əskiltmə firavanlığı,
Ay Allah, bol eylə mehribanlığı.

Vicdanla yaşayaq, xoş ömür sürək,
Oğul evləndirək, qız toyu görək,
Daima bol olsun halal duz-çörək,
Çıxart, at qəlblərdən şər, yamanlığı,
Ay Allah, bol eylə mehribanlığı.

Yaşasın balalar ən gözəl çağı,
Üstün qıl ya rəbbim qaradan-ağı,
Yox et ömürlərdən nisgili, dağı,
Göndər yer üzünə sən amanlığı,
Ay Allah, bol eylə mehribanlığı.

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.276522