Saat:01:33
Haqqımızda

Boko Haram hərbi bazanı ələ keçirdi: Ölənlər var

2021-07-24 19:58:00

Boko Haram hərbi bazanı ələ keçirdi: Ölənlər var

Kamerunun şimalında Boko Haram terrorçuları ilə ordu arasında silahlı toqquşma olub.

Bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Silahlı insident zamanı Kamerun ordusunun 7 əsgəri həlak olub.

Terrorçular Saqme bölgəsindəki bazaya hücum edərək oranı ələ keçiriblər.

Ölənlərdən əlavə yaralılar da var.

Şahidlərin sözlərinə görə, Çad gölü yaxınlığındakı döyüş bir neçə saat davam edib.

Qeyd edək ki, Kamerun ordusunun hazırkı itkiləri son 10 ay ərzində verilən ən böyük itkilərdir. \\Axar

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR