Boğaz əməliyyatı olan yeniyetmə 3 gün sonra öldü
2025-06-28 17:55:43
.jpg)
Qəbələdə boğaz əməliyyatı olunan 16 yaşlı qız xəstəxanada ölüb.
Hurriyyet.az-ın məlumatına görə, rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib.
Yeniyetmə əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo.az
