BNA-nın yarıtmaz fəaliyyəti: İnsanlar yollarda qalır, qurumun vecinə deyil - ETİRAZ / VİDEO

2022-05-31 13:21:00

BNA-nın yarıtmaz fəaliyyəti: İnsanlar yollarda qalır, qurumun vecinə deyil - ETİRAZ / VİDEO

Metronun “Koroğlu” stansiyasından Ramana qəsəbəsinə işləyən 204 nömrəli marşrutun sərnişinlər üçün yaratdığı problemlər bitmir.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı jurnalist Aləmdə Nəsib özünün sosial şəbəkə hesabında paylaşım edib. Jurnalist gecə saatlarında marşrutun işləməməsini ictimailəşdirib. Aləmdə Nəsibin sözlərinə görə, problemlə bağlı dəfələrlə şikayət etməsinə baxmayaraq, gecə marşrut işləmir və insanlar evlərinə taksi ilə getmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, bir müddət öncə sözügedən sərnişin avtobuslarının hər gün yol hərəkəti qaydalarını kobud şəkildə pozması, ölümlə nəticələnən qəzalar törətməsi ciddi narazılığa səbəb olurdu. İndi isə bu problemlərə sərnişin avtobusunun axşam saatlarında işləməməsi və sərnişinlərin yollarda qalması məsələsi daxildir.

Son vaxtlar paytaxtın müxtəlif istiqamətlərində marşrut xətləri ilə hərəkət edən avtobuslara nəzarət gücləndirilsə də, hələ də bəzi sürücülər öz bildiklərini edirlər. Belə ki, 204 və 217 nömrəli marşrutlarda hələ də qrafikə, yol hərəkəti qaydalarına əməl olunmur.

Sərnişinlərin əsas narazılığı ondan ibarətdir ki, axşam saatlarında marşrutların xəttə çıxmaması imkanı aşağı olan vətəndaşların əlavə xərcə düşməsinə və 2-3 manatlıq taksidən istifadə etməsinə səbəb olur. Yaranmış vəziyyətlə bağlı sürücülər isə hər dəfə fərqli bəhanələrdən istifadə edirlər və sərnişinlərin etirazına laqeyd yanaşırlar.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya