BMT-yə məhəl qoymayan Rusiya “Azadlıq radiosu”nun müxbirini öldürdü
2022-04-29 19:32:00

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, “Azadlıq radiosu”nun Ukrayna redaksiyasının əməkdaşı Vera Qiriç Rusiyanın Kiyevə raket zərbələri endirməsi nəticəsində həlak olub.
Vera Qiriç “Azadlıq radiosu”nun Ukrayna redaksiyasında 2018-ci il 1 fevral tarixindən çalışırdı. Ondan əvvəl Ukrayna telekanallarında fəaliyyət göstərib.
Rusiya 28 aprel tarixində, axşam saatlarında, BMT-nin Baş katibi Antoniu Quterreşin şəhərdə olduğu zaman Kiyevə raket zərbələri endirib. Paytaxtın meri Vitali Kliçko raket zərbələri nəticəsində dörd nəfərin də yaralandığını bildirib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya