BMT təşkilatı Vardanyanın əməlləri ilə bağlı məlumat toplayıb

2023-01-07 21:14:00

BMT təşkilatı Vardanyanın əməlləri ilə bağlı məlumat toplayıb

BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb.

Kampaniyanın başlanğıcına 2022-ci il dekabrın 20-də Xankəndi şəhər sakini Yuri Musayelyanla baş vermiş hadisə səbəb olub. Həmin gün Yuri Musayelyan öz mənzilində şiddətli döyülüb.

Təşkilatın bəyanatında deyilir ki, Y.Musayelyan öz Facebook səhifəsində yeganə “günahı” “Qarabağ administrasiyası” rəhbərliyinə qarşı dinc etiraz elan etməsi, xüsusən də “Qarabağın dövlət naziri” vəzifəsinə yeni təyin olunmuş şübhəli maliyyə fırıldaqları ilə varlanan rus-erməni milyarderi Ruben Vardanyanın seçdiyi qarşıdurma kursunu şübhə altına alması olduğunu bildirib.

“Vəzifəyə alındıqdan sonra 2 ay keçməmiş regionun “dövlət naziri” Vardanyan Ermənistanın mis monopolisti “Vallex Group”un Qarabağda işlədiyi qızıl yatağı və mis mədənlərində Azərbaycan hökumətinin Rusiya sülhməramlıları ilə razılaşdırdığı ekoloji monitorinqinin keçirilməsinə imkan verməyib” - deyə QHT vurğulayıb.

Vallex Group-un bölgədəki fəaliyyəti Qarabağlıların fundamental hüquqlarının pozulmasının simvolu olduğundan, biz kampaniya şüarı kimi “Anti-Vallex” adını seçmişik.

"Bütün maraqlıları və ilk növbədə Qarabağın yerli sakinlərini Qarabağda insan hüquqlarının pozulması halları, o cümlədən şirkət tərəfindən ekoloji standartların pozulması ilə bağlı bütün məlumatları bizimlə bölüşməyə dəvət edirik" - təşkilatın bəyanatında deyilir. \\Trend


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156612