BMT Suriya-Türkiyə sərhədinin açılmasını alqışlayır
2023-02-14 21:35:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterriş Bəşər Əsədin humanitar məqsədlər üçün Türkiyə ilə sərhədi açmağa razı olduğunu bildirib.
Quterriş deyib: “Suriya-Türkiyə sərhədinin açılmasını alqışlayıram. Bu, zəlzələdən zərər çəkənlərə humanitar yardımın göstərilməsinə kömək edəcək”.
Quterriş qeyd edib ki, B.Əsəd “Bab əs Salam” və “Əl Rai” nəzarət-buraxılış məntəqələrinin açıldığını bəyan edib. Onun sözlərinə görə, bu qapılardan zərər çəkmiş rayonlara humanitar yardım ediləcək.
Quterriş qeyd edib ki, yemək, isti geyim və tibb ləvazimatları Türkiyə ilə Suriyada zərərçəkənlər üçün çox mühümdür.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya