BMT rəsmisi: “Yer üzündə “qiyamət“ qopacaq“

2022-06-18 10:50:00

BMT rəsmisi: “Yer üzündə “qiyamət“ qopacaq“

"Dünyada ərzaq qiymətləri artdıqca onlarla ölkədə etirazlar, iğtişaşlar və aclıq baş verə bilər".

Hurriyyet.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu BMT Dünya Ərzaq Proqramının (FAO) direktoru David Bisli bildirib.

Onun sözlərinə görə, dünya Ukrayna və Rusiyadan buğda ixracından asılı olan ölkələri sabitliyi poza biləcək qorxunc çatışmazlıqla üz-üzədir:

“Hətta Ukrayna böhranından əvvəl biz COVID-19 və yanacağın bahalaşması ucbatından görünməmiş qlobal ərzaq böhranı ilə üzləşmişdik. Sonra düşündük ki, daha pis ola bilməz, amma bu müharibə dağıdıcı olub”.

Ukrayna hər il 400 milyon insanı yedizdirə biləcək qida miqdarını artırır. Ölkədə dünyada istehsal olunan günəbaxan yağının 42 faizi, qarğıdalının 16 faizi, buğdanın 9 faizi istehsal olunur. Somali buğdanı Ukrayna və Rusiyadan idxal edir, Misir isə taxılın 80%-ni bu iki ölkədən alır.

David Bislinin qeyd etdiyi kimi, koronavirus, iqlim böhranı və Ukrayna böhranı ucbatından son 5 ildə aclıqdan əziyyət çəkən insanların sayı 650 milyondan 810 milyona yüksəlib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya