BMT rəsmisi repressiyalara görə İranı qınadı

2023-01-06 12:32:00

BMT rəsmisi repressiyalara görə İranı qınadı

BMT-nin İnsan Haqları üzrə Ali komisarı Volker Türk Əfqanıstan və İranda qadınların hüquqlarını sistemli şəkildə pozmaq səylərindən dəhşətə gəldiyini və bu cür antifeminist addımların uğursuzluğa düçar olacağını deyib.
O, məsələni bir başa hökumət rəsmiləri ilə müzakirə etmək üçün İrana səfər etməyi planlaşdırdığını, amma onun bu istəyinə Tehrandan cavab verilmədiyini söyləyib.
Türk deyib ki, bu səfər baş tutarsa, Tehran hökumətini qadınlara və qızlara qarşı ayrı-seçkiliyi dayandırmağa çağıracaq və onlarla etirazların vəhşicəsinə yatırılması məsələsini müzakirə edəcək.
Ali komisar İranın indiyədək iki narazının edam edilməsinə səbəb olan etirazlarla bağlı ölüm hökmünün verilməsi və icrası ilə bağlı xəbərdarlıq edib.
O qeyd edib ki, heç bir halda və qəti şəkildə etirazçılara qarşı ölüm hökmü çıxarılmamalıdır.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.190340