BMT rəsmiləri Füzulidə - Foto
2023-03-16 10:10:00

BMT nümayəndələrindən ibarət nümayəndə heyəti Füzuliyə gəlib.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulub.
Həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.
BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya