Saat:13:19
Haqqımızda

BMT: “Planetə qarşı müharibəni dayandırın!”

2021-09-21 15:10:00

BMT: “Planetə qarşı müharibəni dayandırın!”

Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterriş dünya ictimaiyyətini “planetə qarşı müharibəni dayandırmağa” çağırıb. Onun sözlərinə görə, dünya ictimaiyyəti öz üzərinə 2050-ci ilə qədər parnik qazlarının havaya atılmasını sıfırlamaq öhdəliyi götürməli və 2021-ci ildən başlayaraq, yeni kömür elektrik stansiyalarının tikintisini planlaşdırmağı dayandırmalıdır. Quterreş əlavə edib ki, bəşəriyyət iqlim və biomüxtəliflilik sahəsində iddialı planlar qəbul eləməli, iqlimin müdafiəsi üçün ildə 100 milyard dollar topamalıdır.

Quterreş bu sözləri bu gün, BMT-nin iqlim böhranı ilə görüşünün iştirakçıları olan dövlət və hökumət başçıları ilə görüşdə söyləyib.

Qeyd edək ki, altı həftə bundan sonra – bu ilin noyabr ayında Şotlandiyanın Qlzaqo şəhərində BMT-nin iqlim dəyişiklikləri ilə bağlı konfransı  (COP26) keçiriləcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR